Ana səhifə > Tədris > Bakalavriat

Bakalavriat

  

Bakı Biznes Universitetində Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı və Respublika Təhsil Nazirliyinin müvafiq əmrləri (lisenziyaları) əsasında iqtisadi yönüm üzrə bakalavr hazırlığı həyata keçirilir.

Bakalavriat səviyyəsində təhsil müddəti bütün ixtisaslarda 4 il (8 semestr), qiyabi şöbədə isə 5 ildir (10 semestr). Tədris müddətində tələbələrə ixtisasları üzrə əsas və əlavə fənlər tədris olunur.

Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək güclü maddi-texniki bazaya malik müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır.

Təhsilin sonunda bakalavr pilləsində təhsil alan tələbələr buraxılış-yekun dövlət imtahanı verirlər.

İxtisaslarımız:

I qrup üzrə:

  • İnformasiya texnologiyaları

II qrup üzrə:

  • Beynəlxalq ticarət və logistika
  • Mühasibat (əyani və qiyabi əsaslarla)
  • Maliyyə (əyani və qiyabi əsaslarla)
  • İqtisadiyyat (əyani və qiyabi əsaslarla)
  • Menecment
  • Marketinq (əyani və qiyabi əsaslarla)
  • Biznesin idarə edilməsi (əyani və qiyabi əsaslarla)
  • Dövlət və bələdiyyə idarəetməsi (əyani və qiyabi əsaslarla)

III qrup üzrə:

  • Tərcümə (ingilis dili)
  • Sosial iş (əyani və qiyabi əsaslarla)

  

Təqaüd proqramı:

Bakı Biznes Universitetində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsildə göstərdiyi yüksək nəticələrə uyğun olaraq əlaçı (175 manat), həvəsləndirici (145 manat) adi (100 manat) təqaüd almaq imkanı var.

Güzəştlər:

Valideynlərini itirmiş və ya himayəsindən məhrum olunmuş, Qarabağ müharibəsi əlillərinin övladları, hər iki valideyni əlil olanlar, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların övladları təhsil haqqından müəyyən güzəştlər əldə edir və ya tam azad olunurlar.

Üstünlüklərimiz:

Təhsil haqqının hissə-hissə ödənilməsi imkanı,

Avropanın bir sıra universitetlərində ikili diplom proqramında iştirak edərək, tədris müddətinin yekununda 2 diplom almaq imkanı,

“Erasmus +”, “Mevlane” və müxtəlif ölkələrin həyata keçirdiyi təqaüdlü mübadilə proqramları çərçivəsində 1 və ya 2 semestr xaricdə təhsil almaq imkanı,

Pilot qruplarında İngilis dilində təhsil almaq imkanı,

Tədris planları və prosesi dünyanın aparıcı universitetlərindəki proqramlara uyğun təşkil olunduğu üçün Universitetin təqdim etdiyi Diplom da digər ölkələrdə tanınması,

Geniş, rahat və səliqəli auditoriyalar,

Zəngin elektron kitabxana,

Təhsili magistratura və doktorantura pillələrində davam etdirmək imkanı,

İdman və sosial-mədəni fəaliyyətlərlə tələbə aktivliyi,

Hər tələbəyə kompüter və internet imkanı.