Ana səhifə > Universitet > Universitetinin Tarixi muzeyi

Universitetinin Tarixi muzeyi

Bakı Biznes Universitetinin Tarixi muzeyi 2012-ci ildə yaradılmışdır.

Muzey aşağıdakı tematik bölmələrdən ibarətdir:

1.     Universitetin təsis sənədləri

2.     Maddi-texniki baza

3.     Tədris fəaliyyəti

4.     Elmi-tədqiqat işləri

5.     Beynəlxalq əlaqələr

6.     İdman və yaradıcılıq

Bu bölmələrdə Universitetin həyatı və fəaliyyəti ilə bağlı sahələrin aşkara çıxarılması, elmi-iqtisadi və mədəni göstəriciləri dolğun şəkildə əks etdirən fotostendlərin tərtibatına daha çox diqqət yetirilmişdir. Həmçinin idman və yaradıcılıq sahəsində əldə olunan diplomlar da muzeyin eksponatları sırasında nümayiş etdirilir.

Muzeyin eksponatları Universitetin qonaqları, professor-müəllim heyəti və tələbələri tərəfindən böyük maraqla qarşılanır və Bakı Biznes Universitetinin sürətli inkişaf yolu haqqında yüksək təəssüratlar yaradır.