Tələbələrin nəzərinə!

Azərbaycan Respublikası Prezidentinin  müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun vəsaiti hesabına 25 noyabr 2021-ci il tarixindən etibarən tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.

Təhsil tələbə kreditinin (TTK) SOSİALSTANDART növləri mövcuddur.

Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən SOSİAL TTK-dən istifadə etmək hüququna malikdirlər:

·        ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

·        3-cü dərəcə əlilliyi olanlar;

Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan

kateqoriyaların hər hansı birinə aid olanlar:

·        1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;

·        işsiz kimi qeydiyyatda olanlar;

·        yaşa görə əmək pensiyası alanlar;

·        yaşa görə sosial müavinət alanlar.

Sosial TTK almaq hüququ olmayan, eləcə də aşağıdakı şərtləri təmin edən tələbələr STANDART TTK-dan istifadə etmək hüququna malikdirlər:

1.     Birinci tədris ilinin ilk semestri üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar (bakalavriat səviyyəsi üçün 300-700 bal aralığı, magistratura səviyyəsi üçün 50-100 bal aralığı) və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.

2.     Digər semestrlər üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.

Daha ətraflı məlumat üçün Elektron Təhsil Tələbə Kreditinin portalına www.e-ttkf.edu.az müraciət edərək Videotəlimat, İstifadəçi təlimatı, Sual cavab bölmələrində olan məlumatlarla tanış ola bilərsiniz. Eyni zamanda portalda qeydiyyatla bağlı hər-hansı bir çətinlik yarandığı halda tyutorlara müraciət edə bilərsiniz.