“Gələcək nəsillərlə üz-üzə” VI Ümumrespublika İnşa Müsabiqəsi

29 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Rabitə və İnformasiyalar Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi və Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə təşkil etdikləri “Gələcək nəsillərlə üz-üzə” VI Ümumrespublika İnşa Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olmuşdur. Qaliblər sırasında Bakı Biznes Universitetinin tələbələrinə: Mehdili Mehdi (I yer), Rüstəmova Günel (I yer), İsmayılzadə Cəmilə (III yer), Hüseynova Ayna (III yer) diplomlar və mükafatlar təqdim edilmişdir.