Bakı Biznes Universitetində orduya dəstəklə bağlı mitinq

06 aprel 2016-cı il tarixində Bakı Biznes Universitetində cəbhədə döyüşən əsgərlərimizə dəstəklə bağlı mitinq keçirilmişdir. Mitinqdə Bakı Biznes Universitetinin professor-müəllim heyəti və çoxsaylı tələbə kontingenti iştirak etmişdir. Mitinqi giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof . İ.M.Abbasov tezliklə Azərbaycanın işğal altında olan torpaqlarının azad ediləcəyini əminliklə bildirdi. Professor-müəllim heyətinin və tələbələrin çıxışlarında böyük ruh yüksəkliyinin mövcudluğu qeyd olundu.