Xocalı soyqırımının iyirmi dördüncü ildönümü il bağlı Bakı Biznes Universitetində keçirilən tədbirlər

Bakı Biznes Universitetində fevral ayında Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş və soyqırımla bağlı silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, 22-26 fevral tarixlərində Universitetin kitabxanasında Xocalı soyqırımı dəhşətlərini əks etdirən sərgi-guşə təşkil edilmişdir. 25 fevral tarixində Universitetin kitabxanasında “Dillər” kafedrası tərəfindən Xocalı soyqırımına həsr edilmiş inşa-yazı müsabiqəsi keçirilmişdir.

Fevralın 26-da Universitetin konfrans zalında Xocalı soyqırımına həsr olunmuş matəm mitinqi təşkil olunmuşdur. Tədbirdə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov Xocalı soyqırımı hadisələri ilə bağlı professor-müəllim heyəti və çoxsaylı tələbə kontingentini məlumatlandırmış, bu dəhşətləri törədənlərə öz dərin nifrətini bildirmişdir. Daha sonra Xocalı soyqırımına həsr olunmuş sənədli filmin nümayiş etdirilmişdir.

Eyni zamanda fevralın 26-da çoxsaylı professor-müəllim və tələbə heyəti “Ana fəryadı” abidəsi önündə əklilqoyma mərasimində iştirak etmişdir. Həmçinin tələbələrin bir qrupu YAP Yasamal Rayon Gənclər Birliyi tərəfindən təşkil olunmuş Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş yürüşdə iştirak etmişdir.

Fevralın 28-də Bakı Biznes Universiteti tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Uşu Sanda” idman növü üzrə 14 komanda və 170-ə qədər idmançının iştirakı ilə Respublika turniri keçirilmişdir. Turnirdə fərqlənən idmançılar diplom və medallarla təltif edilmişlər.