Elmi-tədqiqat işləri
Bakı Biznes Universitetinin yarandığı dövrdən elmi-tədqiqat işlərinin səmərəli
təşkili və aparılması daim diqqət mərkəzində olmuşdur.
Elmi-tədqiqat işləri respublikanın və iqtisad elminin irəli sürmüş olduğu vacib
vəzifələri nəzərə almaqla rektorluq tərəfindən planlaşdırılır və universitetin
professor-müəllim heyəti arasında müəyyənləşdirilərək kafedralar və illər üzrə
tərtib edilmiş proqramlara əsasən həyata keçirilir.
Universitetdə
elmi-tədqiqat işləri «Azərbaycanda biznesin sosial-iqtisadi və hüquqi
problemləri» istiqamətində «Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi
inkişaf məsələləri», «Yeni iqtisadi islahatlar şəraitində maliyyə-kredit,
qiymətəmələgəlmə və statistika problemləri», «Yeni təsərrüfatçılıq sistemində
istehsalın təşkili və idarə olunması, audit, mühasibat uçotu və iqtisadi
təhlil», «Biznesin sosial fəlsəfi əsasları və nəzəri məsələləri»,
«İqtisadiyyatın hüquqi tənzimlənməsinin tədqiqi», «İqtisadiyyatın təşkili, idarə
edilməsi və inkişafının optimallaşdırılmasında riyazi üsulların tətbiqi», «Yeni
təsərrüfatçılıq sisteminə keçid şəraitində yüksək ixtisaslı kadrların
hazırlanmasında dil təliminin intensiv üsullarının tətbiqi məsələləri»
problemlərinə dair bir sıra aktual mövzular üzrə yerinə yetirilir.
Hər il bir ənənə olaraq universitetdə elmi-tədqiqat işlərinin yekunlarına həsr
edilmiş nəzəri-praktiki konfranslar keçirilir və əldə edilən nəticələr
qiymətləndirilir. Bu baxımdan aşağıdakı konfransları göstərmək olar:
- «Bazar münasibətləri şəraitində biznesin sosial-iqtisadi problemləri». May,
1996
- «Azərbaycan XXI əsrin astanasında». May, 1997
- «Müstəqil Azərbaycan respublikasının milli iqtisadi inkişafı problemləri».
May, 1998
- «Azərbaycan Respublikasında iqtisadi islahatlar və problemlər». May, 1999
- «Azərbaycanda bazar iqtisadiyyatının formalaşması və sahibkarlığın
problemləri». May, 2000
- «Müstəqil Azərbaycan Respublikası üçüncü minilliyin birinci yüzilliyində».
May, 2001
- «Azərbaycan Respublikasında milli sahibkarlığın formalaşması və
inkişafının əsas istiqamətləri». May, 2002
- BBU-nun yaradılmasının 10 illiyinə həsr edilmiş «Müstəqil Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişaf: aktual problemlər». May, 2003
- «Azərbaycan Respublikasında milli iqtisadiyyatın inkişaf etdirilməsi
istiqamətləri». May, 2004
- «Azərbaycan Respublikasında milli iqtisadiyyatın inkişaf mərhələləri». May,
2005
- «Azərbaycan Respublikası milli iqtisadiyyatının inkişafının regional
problemləri». May, 2006
- «Azərbaycan Respublikası milli iqtisadiyyatının tərəqqi dövrü». May, 2007
- «Dünya təsərrüfatının qloballaşması və Azərbaycan Respublikasının
sosial-iqtisadi inkişafı problemləri». May, 2008
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 86-illiyinə həsr edilmiş
«Qloballaşma şəraitində Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf:
problemlər və reallıqlar». May, 2009
Göstərilən konfranslarda BBU-nin kollektivi ilə yanaşı Azərbaycan Milli Elmlər
Akademiyasının İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad
Universitetinin, Respublikanın İqtisadi İnkişaf Nazirliyi nəzdində İqtisadi
İslahatlar Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin AETKTİ və Tİ-nin, dövlət və
Özəl ali məktəblərinin və digər müvafiq təşkilatların nümayəndələri iştirak
etmişlər.
Elmi-tədqiqat
işlərinin nəticələri monoqrafıyalarda, kitabçalarda, dərslik və dərs
vəsaitlərində, jurnal məqalələrində, tezislərdə, qəzetlərin səhifələrində və
digər dərc edilmiş materiallarda öz əksini tapır.
Son 5 ildə yuxarıda göstərilən səpkidə universitetdə 1700 ç/v həcmindən çox
material əsasən universitetin mətbəəsində çap edlmişdir. Onlardan 37
monoqrafıyanı, 62 dərslik və dərs vəsaitini, 295 jurnal məqaləsini misal
göstərmək olar.
Dərc edilən monoqrafıyaların, dərslik və dərs vəsaitlərinin demək olar ki,
əksəriyyəti Respublikada iqtisadi inkişafın müasir problemlərinə həsr edilmişdir.
Bu baxımdan onlardan bir neçəsini göstərmək olar:
- Auditin nəzəri və praktiki problemləri. 11,5 ç/v. Bakı, 1999 (i.e.d.,
prof. İ. M. Abbasov);
- Auditin nəzəri və praktiki problemləri. 11,5 ç/v. Bakı, 1999 (i.e.d., prof.
İ.M. Abbasov);
- Audit fəaliyyətində maliyyə təhlili. 12 ç/v. Bakı, BBU, 2001 (i.e.d., prof.
İ.M. Abbasov);
- Audit. 37,5 ç/v. Bakı, 2007 (i.e.d., prof. İ. M. Abbasov);
- Bazar iqtisadiyyatı şəraitində iqtisadi təhlil. 10 ç/v. Bakı, 1993 (i.e.d.,
prof. İ.M. Abbasov, prof. S. M. Seyfullayev);
- Keçid dovrünün sosial-iqtisadi problemləri. 26 ç/v. (MDB ölkələri
timsalında) M. «Elm» nəşriyyatı, 2001 (i.e.d., prof. A.K. Ələsgərov);
- İqtisadi təlimlər tarixi. 12,75 ç/v. Bakı, 2006 (i.e.d., prof. Q.Y.
Əbdülsəlimzadə);
- Müstəqil Azərbaycan Respublikasının dünya ölkələri ilə xarici-iqtisadi
əlaqələrinin təşəkkül tapması və inkişafı. 2 ç/v. Azərbaycan iqtisadiyyatı
yüksəliş yollarında. 1 cild. 10-cu buraxılış, «Elm» nəşriyyatı, 2002 (i.e.d.,
prof. A.K. Ələsgərov);
- Aydınlarımızın istiqlal mücadiləsi. 5,5 ç/v. Bakı, BBU, 2000 (t.e.d., prof.
X.M. Məmmədov);
- Muzey pedaqogikası. 7,5 ç/v. Bakı, BBU, 2002 (p.e.n., dos. S.A.
Əmirxanov);
- Nitq mədəniyyəti və onun xüsusiyyətləri. 4,5 ç/v. Bakı, 2005 (H.H.
Əkbərli);
- Pedaqogika.31,4 ç/v. Bakı, 2006 (p.e.d. F.B. Sadıqov);
- Təhsilin humanistləşdirilməsi pedaqoji kadr hazırlığının mühüm prinsipi
kimi .12,25 ç/v. Bakı, 2007 (G.O. Həsənova);
- Maliyyə.10,4 ç/v. Bakı, 2006 (i.e.d. M.X. Həsənli);
- Mühasibat uçotunun nəzəriyyəsi üzrə məsələlər toplusu. Bakı, BBU, 1999 (i.e.n.,
dos. İ.A. Məmmədov);
- Heyətin idarə edilməsi. 25,3 ç/v. Bakı, 2003 (dos. R.Ə. İsgəndərov);
- Müəssisənin iqtisadiyyatı. 31,4 ç/v. Bakı, 2003 (i.e.n. Z.S. Abdullayev);
- Vergilər. 26 ç/v. Bakı., «Şərq-Qərb» nəşriyyatı, 1998 (i.e.d., prof. M.X.
Həsənli);
- Sahibkarlıq kursu. 25,9 ç/v. (dərs vəsaiti), Bakı, BBU, 2000 (i.e.n., dos.
Z.M. Məmmədova, kollektiv);
- Qiymətli kağızlar bazarının formalaşması və inkişaf perspektivləri.15,88 ç/v.
Bakı, 2005 (i.e.n. A. Abbasov);
- Xətti cəbr elementlərinin bəzi iqtisadi məsələlərə tətbiqi. 10 ç/v. (dərs
vəsaiti). Bakı, BBU, 1998 (f.r.e.n., dos. B.B. İskəndərov);
- İqtisadi informasiyanın işlənməsinin kömpüter texnologiyası. 19.1 ç/v.
Bakı, 2002 (prof. Ə. Abbasov);
- Excel, Access və Delphi proqramlarında iqtisadi informasiyanın işlənməsi.
12,75 ç/v. Bakı, 2006 (dos. G.M. Novruzov, G.S. Həsənov);
- İnformatika. 4,6 ç/v. Bakı, 2002 (i.e.n. M.Ə. Salmanova);
- Əməliyyatların tədqiqi və riyazi proqramlaşdırma. 7,9 ç/v. Bakı, 2004 (f.r.e.n.
B.B. İsgəndərov);
- Azərbaycan Respublikasının hüquq-mühafızə orqanları (dərslik). 33,4 ç/v.
Bakı, 2000 (dos.Ə.S. Piriyev);
- Azərbycan sənayesinə investisiya qoyuluşunun iqtisadi problemləri. 9,3 ç/v.
Bakı, BBU, 2000 (i.e.n. X.C. Mahmudova);
- İngilis dilinin fonetikasına dair orfoepik çalışmalar. 6,0 ç/v. ADDU-nun
nəşri. Bakı, 1996 (p.e.n., dos. Ə.O. Məmmədova);
- Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda və
idarələrdə hesablar planı və onun tətbiqi üzrə təlimat. 37,4 ç/v. «Ulu»
nəşriyyatı. Bakı, 1999 (i.e.n., dos. S.Y. Müslümov);
- Политическая история. 12,75 изд. Баку, 2006 (к.и.н. Н.Р. Ахундова).
Elmi-tədqiqat işlərinin bir qismi təsərrüfat hesabı əsasında yerinə
yetirilmişdir. Universitetin kollektivi həmçinin «ABŞ-ın Təhsilin İnkişafı
Akademiyasının layihəsinə müvafiq olaraq Azərbaycanın rayonlarında kiçik və orta
sahibkarlığın inkişafı»na dair treninq proqramı üzrə bir sıra işlər yerinə
yetirmiş və onun əməkdaşları milli sahibkarların formalaşması işində fəal
iştirak etmişlər.
Professor-müəllim heyəti universitetin «Audit» jurnalının səhifələrində elmi və
respublika iqtisadiyyatının inkişafı ilə əlaqədar aktual praktiki problemlər
üzrə məqalələrlə mütəmadi olaraq çıxış edirlər.
Universitetdə elmi-tədqiqat işlərinin aparılması yüksək ixtisaslı kadr
hazırlanmasında da böyük rol oynayır. Bu sahədə mövcud irəliləyiş
diqqətəlayiqdir.
Konfrans zalı
Konfrans zalı 300 nəfər üçün nəzərdə tutulub və əsas məqsədi elmi simpoziumlar,
konfranslar və başqa tədbirlər keçirməkdir. Konfrans zalı texniki cəhətdən
müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmişdir.
Konfrans zalında Bakı Biznes Universiteti Respublikanın iqtisadi inkişaf
problemlərinə aid konfranslar keçirir və bu konfranslarda Respublikamızın
görkəmli alimləri də iştirak edirlər.
Audit jurnalı
Universitetin
özünün dövri mətbu orqanı – «Audit» jurnalı vardır. «Audit» jurnalı rübdə bir
dəfə 6-7 çap vərəqi həcmində nəşr olunur. «Audit» jurnalı 1999-cu ildən nəşr
olunur. Bu jurnal elmi jurnaldır və respublikanın aparıcı iqtisadçı alimləri
burada müxtəlif mövzularda çıxış edirlər. Eyni zamanda Bakı Biznes
Universitetinin professor-müəllim heyəti də «Audit» jurnalında elmi və
respublika iqtisadiyyatının inkişafı ilə əlaqədar aktual praktiki problemlər
üzrə məqalələrlə mütəmadi çıxış edirlər.
Universitetdə elmi-tədqiqat işlərinin aparılması yüksək
ixtisaslı kadr hazırlanmasında böyük rol oynayır.
Redaksiya heyətinin iclası
Jurnalın sayları
|