|
Bazar iqtisadiyyatına keçid yeni təfəkkürlü yüksək
ixtisaslı mütəxəssislərə, o cümlədən, beynəlxalq
münasibətlər, kommersiya, biznes və sahibkarlığın
digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac
yaratmışdır. Bakı Biznes Universiteti ali təhsil
müəssisəsi kimi bu problemlərin həllində mühüm rol
oynayır.
Universitetimizdə tədris prosesini 2 fakültə, 9
kafedra aparır. İqtisadiyyat, hüquq və biznes
sahələri üzrə geniş profilli mütəxəssislər
hazırlamaq üçün Azərbaycan Respublikasının
tanınmış alim və mütəxəssisləri çalışırlar. Tədris
prosesinin əsas məqsədi hər bir tələbənin fərdi
keyfiyyətlərinin üzə çıxması üçün şərait
yaratmaqdır. Tədris prosesində aparıcı fənlər
təlim vaxtının 80%-ni təşkil edir. Dünya
təcrübəsinə istinad edilərək tədris müvafiq baza
müəssisələrində və laboratoriyalarda aparılır.
Universitetdə iki mərhələdə – bakalavr və magistr
pillələri üzrə mütəxəssislər hazırlanır. Tələbələr
əyani və qiyabi təhsil alırlar. Universitetdə 14
ixtisas üzrə bakalavr və magistr hazırlığı
aparılır.
|